İdman

Əfsanəvi boksçunun təyyarədə halı pisləşdi

28 May 2024 12:29
Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əfsanəvi amerikalı boksçu Mayk Tayson təyyarə ilə səyahət edərkən halı qəflətən pisləşib.

Milli.Az "report"a istinadən bildirir ki, 57 yaşlı dünya çempionunun olduğu təyyarə ABŞ-nin Los Anceles şəhərindən Mayamiyə uçarkən onun səhhətində problem yaranıb.

Hadisədən dərhal sonra M.Taysona zəruri tibbi yardım göstərilib və onun vəziyyəti stabilləşdirilib.

Qeyd edək ki, "Dəmir Mayk"ın iyunun 20-də məşhur bloqqer Ceyk Pola qarşı döyüşü olacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.