Premyer Liqa ilə vidalaşan "Qəbələ"də ilk ayrılıq reallaşıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yarımmüdafiəçi Əyyub Allaş "qırmızı-qaralar"la vidalaşıb.
Belçikalı oyunçu bu barədə sosial şəbəkədə paylaşım edib. 26 yaşlı futbolçu kluba təşəkkür edib: "Mənə dəstək olan hər kəsə, kluba, məşqçilər heyətinə, azarkeşlərə təşəkkürümü bildirirəm. Məşqlərdə və oyunlarda daim əlimdən gələnin ən yaxşısını etdim. Sonda hər kəsə uğurlar arzulayıram".
Qeyd edək ki, Əyyub Allaş ötən ilin yanvarından bəri "Qəbələ"nin formasını geyinib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun