İdman

Qurban Qurbanov: Daha böyük arenalara çıxmağın vaxtı çatdı

22 May 2024 23:01
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Düşünürəm ki, daha böyük arenalara çıxmağın vaxtı çatıb.

Milli.Az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) deyib.

İdmançımız yarışın yüksək səviyyədə keçdiyini bildirib: "Ötən il bu yarışda 72 kq-da 1-ci yer tutmuşdum. Bu dəfə daha ağır çəkidə mübarizə apardım. Təbii ki, bu da çətinlik yaradır. Yenisinə uyğunlaşmaq üçün vaxt lazımdır. Çünki rəqiblər fərqlidir, onlar dəyişir. Belədə sən də dəyişməyə məcbursan. 82 kq-da oturuşmuş güləşçilər vardı. Gəlib onlardan qızıl medalı almaq asan deyil. Bütün hisslər müvəqqətidir, sevinc də həmçinin. Artıq növbəti yarışlara köklənmək lazımdır. Düşünürəm ki, daha böyük arenalara çıxmağın vaxtı çatıb. Məşqçilərə inanırıq, onlara təşəkkürümü bildirirəm. Başda şəxsi məşqçim Turac Hüseynli olmaqla. Finalda rəqibin kobudluğunu adi hal kimi qiymətləndirirəm. Ola bilsin, hisslərini cilovlaya bilməyib. İdmanda normal haldır. Hakimlər bunu gördü və anında reaksiya verdilər".

Qeyd edək ki, Q.Qurbanov finalda İslam Əliyevə (AİN) qalib gəlib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.