İdman

“Qarabağ”ın 6-cı mümkün rəqibi: Çempionlar Liqasında

12 May 2024 14:17
Baxış: 1 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan çempionu Şimali İrlandiyanın "Larne" klubu ilə qarşılaşa bilər.

Böyük Britaniya təmsilçisi I təsnifat mərhələsində səpələnməmişlərdən olacaq. Buna səbəb "Linkoln"un Cəbəllütariqdə çempion adını qazanmasıdır. "Cırtdan ölkə" təmsilçisi səpələnmişlər səbətinə düşüb ki, bunun nəticəsində "Larne" digər tərəfə yollanıb.

Şimali İrlandiya çempionu "Qarabağ"ın 6-cı mümkün rəqibidir. Bunadək "Virtus", "Panevejis", "Ordabası", Minsk "Dinamo"su və "Vikinqur"un da bu səbətdə yer alacağı dəqiqləşib.

I təsnifat mərhələsi
Səpələnmişlər
"Ferensvaroş" (Macarıstan)
"Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya)
HİK (Finlandiya)
"Flora" (Estoniya)
"Styaua" (Rumıniya)
"Klaksvik" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya)
"Linkoln" (Cəbəllütariq)
TNS (Uels)

Səpələnməmişlər
"Larne" (Şimali İrlandiya)
"Dinamo" (Minsk, Belarus)
"Panevejis" (Litva)
"Ordabası" (Qazaxıstan)
"Vikinqur" (İslandiya)
"Virtus" (San-Marino)

Qeyri-müəyyənlər
RFS (Latviya)
"Dinamo" (Batumi, Gürcüstan)
"Selye" (Sloveniya)
"Hamrun" (Malta)

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq. İlk iki raundun püşkü iyunun 18-19-da atılacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.