İdman

Azərbaycan idmançısı Avropa çempionu oldu

11 May 2024 21:25
Baxış: 573
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Serbiyada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda türkiyəli rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, İmaməddin Xəlilov ötən il Niderlandın Rotterdam şəhərində keçirilən Avropa çempionatında da birinci olmuşdu.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.