İdman

Təbriz klubunu atıb qaçdı: Qızı başına bəla oldu - FOTOlar

9 May 2024 01:01
Baxış: 1 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pako Fransisko Xemez azərbaycanlı futbolsevərlərə yaxşı tanışdır. O, İsrail ilə İran arasında yaşanan gərginliyə qədər Cənubi Azərbaycanın "Traktor" klubunun baş məşqçisi olub. Ancaq məlum gərginlikdən sonra bir sıra əcnəbilər kimi Xemez də İranı tərk etmək qərarına gəlib.

Milli.Az publika.az-a istinadən bildirir ki, "Traktor"u çətin vəziyyətdə qoyaraq vətəninə qaçan ispaniyalı mütəxəssisin şəxsi həyatı mübahisələrlə, münaqişələrlə dolu imiş. Bu barədə daha sonra...

Pako "Rayo Valyekano"dakı fəaliyyəti ilə tanınır. 54 yaşlı Xemez futbolçu karyerası boyu ancaq İspaniyada çıxış edib. O, ölkəsinin milli komandasının da üzvü olub, Hətta "matadorlar"la Avro-2000-ə yollanıb. O, heç vaxt legioner həyatı yaşamayıb.

Ancaq 2017-ci ildə məşqçi kimi bunu etmək istəyib. Pako ailəsi ilə birlikdə Meksikaya üz tutub. İspaniyalı "Krus Azul"a rəhbərlik etmək üçün Şimali Amerika ölkəsinə getmək barədə mübahisəli qərar verib. O, bu işin sonunun necə olacağını bilsəydi, bəlkə belə qərar verməzdi.

17 yaşlı qızı Nadya Meksikada onu xeyli qəzəbləndirən addımlar atıb. Onun açıq-saçıq fotoları yerli "Playboy" jurnalı tərəfindən dərc edilib. O vaxtdan bəri, Nadya gündəmə gəlib. Sosial şəbəkə hesablarından yüz minlərlə izləyici toplayıb. Ata bundan dəhşətə gəlib. Qızının tanınması Pakonu sevindirmirdi.

O, qızına bundan sonra futbolçularla görüşməyi qadağan etmişdi. "Atam mənə həmişə futbolçularla görüşməməli olduğumu deyirdi. Heç vaxt futbol dünyasından biri ilə münasibətim olmayıb. Hətta öpüşməmişəm. Heç vaxt" - deyə Nadya bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.