İdman

“Qarabağ”ın 30 oyunluq seriyası qırıldı

29 Aprel 2024 11:06
Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın qollu oyunlar seriyası qırılıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan Premyer Liqasının ardıcıl 30 matçında qol vuran Ağdam klubu XXXII turun "Sumqayıt"la görüşündə rəqib qapısına yol tapmayıb - 0:1.

Qurban Qurbanovun yetirmələri cari mövsüm bunadək yalınız ilk turun "Zirə" ilə görüşünü qolsuz tərk etmişdilər. Həmin matç da eyni hesabla bitib.

Ardıcıl 30 qarşılaşmada qol vurmaq Azərbaycan çempionatları tarixində ikinci göstəricidir. "Qarabağ" 1993-95-ci illərdə ardıcıl 33 oyunda qol sevinci yaşayan "Turan"ın rekordunun üç addımlığında dayanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.