İdman

Mahir Emreli “Dinamo”dan gedir

23 Aprel 2024 18:26
Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xorvatiya mətbuatı mövsümün sonunda "Dinamo"nu tərk edəcək futbolçularla bağlı yazı dərc edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Sportske novosti"də Zaqreb klubunu tərk edəcək oyunçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də adı qeyd olunub:
"Mövsümün sonunda Mahir Emreli, Tibor Haliloviç, Sadeq Moharammi və Boşko Şutalonun başqa komandalara gedə biləcəyi gözlənilir. Təbii ki, əgər onlar üçün adekvat həll yolu tapılarsa, bu baş verəcək. Həmin futbolçuların yerini isə ən yüksək aylıq maaşı təxminən 1600 avro olan gənclər tutacaq".

Xatırladaq ki, Emrelinin "Dinamo" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.