İngiltərə kubokunda ilk finalçının adına aydınlıq gəlib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu, "Mançester Siti" olub. "Şəhərlilər" turnirin yarımfinalında "Çelsi" ilə qarşılaşıblar.
Xosep Qvardiolanın komandası London təmsilçisini 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu isə 84-cü dəqiqədə Bernardo Silva vurub.
"Mançester Siti" İngiltərə kubokunun finalında "Koventri Siti" - "Mançester Yunayted" cütünün qalibi ilə qarşılaşacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun