İdman

Cüdoçularımız Avropa Kubokunda birinci oldular

14 Aprel 2024 23:15
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan yığması Almaniyanın paytaxtı Berlində cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa Kubokunda 1-ci yeri tutub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, millimiz turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

Bu gün tatami üzərinə 4 cüdoçumuz çıxıb. Əli Qazıməmmədov (81 kq) qızıl, Cəsur İbadlı (73 kq) gümüş, Mehdi Abbasov (81 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa Kubokunun ilk günündə 7 dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.