İdman

Tanınmış idmançı 23 yaşında öldü

4 Aprel 2024 14:59
Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış jokey Stefano Çörçi vəfat edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, 23 yaşında həyatla əbədi vidalaşıb. Çörçinin ölümünə səbəb 2 həftə əvvəl yarış vaxtı keçirdiyi qəza olub.

Ötən ay Kanberrada keçirilən at yarışlarında iştirak edənlər arasında italyan jokey də olub. Yarış başlayandan dərhal sonra təhlükəli hadisə baş verib. 23 yaşlı idmançı atdan yıxılaraq huşunu itirib. Ona elə yarış yolunda tibbi yardım göstərilib, sonra isə xəstəxanaya aparılıb. Çörçi iki həftə palatada qalıb.

Müayinədən sonra italiyalının ağır kəllə-beyin travması aldığı və daxili qanaxma keçirdiyi məlum olub. Nəticədə o, farmakoloji komaya salınıb.

Ötən gün isə Böyük Britaniyanın "The Mirror" qəzeti kədərli xəbər yayımlayıb. Həkimlərin səyinə baxmayaraq, italyan jokeyin vəfat etdiyi bidlirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.