İdman

Ronaldodan antirekord

25 Mart 2024 19:00
Baxış: 1 360
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliyalı ulduz Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında ən çox qol epizodu qaçıran futbolçudur.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Əl-Nəsr"in 39 yaşlı hücumçusu cari mövsümün arxada qalan hissəsində 20 real qol vəziyyətini boşa verməklə antirekord müəllifi olub.

"Əl-Hilal"ın serb forvardı Aleksandar Mitroviç ikincidir. O, 19 belə xətaya yol verib.

İlk "üçlüy"ü Mussa Dembele qapayır. "Əl-İttifaq"ın hücumçusu 15 imkandan yararlana bilməyib.

Qeyd edək ki, 22 oyunda 23 qol vuran Ronaldo çempionatın bombardiridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.