İdman

Akif Quluzadədən möhtəşəm qələbə: gecənin kəşfi - FOTO

25 Mart 2024 13:32
Baxış: 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tailandın paytaxtı Banqkokda RSW muay-tay liqasında beynəlxalq turnir keçirilib.

Milli.Az xəbər verir ki, ölkəmizi yarışda "Best of the Best" promoşn qrupunun idmançısı 18 yaşlı Akif Quluzadə təmsil edib.

60 kq çəki dərəcəsində çıxış edən muay-tayçı tailandlı rəqibi Petchsamartı məğlub etməklə gecənin kəşfi seçilib. Döyüşü yüksək səviyyədə keçirən Akif Quluzadənin çıxışı turnirin ən maraqlı mübarizəsi kimi qeyd olunub.

Qeyd edək ki, "Best of the Best" promoşn qrupu K-1 döyüş növündə azərbaycanlı idmançıların beynəlxalq yarışlarda təmsil olunmasına dəstək olur. Məhz "Best of the Best"in dəvəti əsasında məşhur idmançılar Badr Hari, Buakav Bençamek ölkəmizə səfər edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.