İdman

Çalımbay millimizin baş məşqçisi ola bilər

22 Mart 2024 12:21
Baxış: 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan millisinin baş məşqçi postu üçün adımın çəkildiyini eşitmişəm. Amma rəsmi təklif olmayıb".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  bunu Türkiyə mətbuatına müsahibəsində Rza Çalımbay deyib.

Son olaraq "Beşiktaş" klubunu çalışdıran 61 yaşlı mütəxəssis Azərbaycan millisindən təklif gözlədiyini gizlətməyib. O, hətta buna müsbət cavab verəcəyini də vurğulayıb: "Hətta 1-2 günə mənə zəng edəcəklərini gözləyirəm. Bu, baş verərsə Azərbaycan millisini çalışdırmağa isti yanaşıram".

Qeyd edək ki, Çalımbay karyerasında heç vaxt milli komandada işləməyib. O, vətənində "Göztəpə", "Dənizlispor", "Ankaragücü", "Çaykur Rizespor", "Beşiktaş", "Ankaraspor", "Əskişəhərspor", "Sivasspor", "Mersin İdmanyurdu", "Kasımpaşa", "Antalyaspor", "Trabzonspor" və "Konyaspor"u çalışdırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.