İdman

Məşhur UFC döyüşçüsü xəstəxanaya yerləşdirildi

18 Mart 2024 20:02
Baxış: 1 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UFC-nin sabiq çempionu, rusiyalı döyüşçü Pyotr Yan əməliyyat olunacaq.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə idmançı özü məlumat yayıb.

"Hər kəsə salam, dostlar. Xəstəxanadayam, sabah əməliyyat olunacağam", - o bildirib.

Qeyd olunur ki, martın 10-da "UFC 299"da Yan çinli döyüşçü Sonq Yadonu məğlub edib. Çin təmsilçisi ilə döyüşdən sonra Yan və komandası zədəsi haqda danışıb.

Bundan əlavə, döyüşə hazırlıq zamanı da idmançı zədə alıb.

Yan MMA karyerasında 22 döyüş keçirib, 17-də qalib gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.