"Qarabağ"ın qapıçısı Andey Lunyov dəvət aldığı Rusiya yığmasının iki yoldaşlıq oyunundan yalnız birində start heyətdə yer ala bilər.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə qərarı millinin qapıçılar üzrə məşqçisi Vitali Kafanov verib.
O, iki matçın hərəsində bir qolkiperə şans verəcəyini açıqlayıb: "Dəqiq deyə bilmərəm ki, start heyətdə fərqli qapıçılar olacaq. Oyunun gedişində necə olacağı isə vəziyyətdən asılıdır. Daha çox qapıçının bu görüşlərdə iştirakını istəyirəm".
Qeyd edək ki, Rusiya yığması martın 21-də Serbiya, 25-də Paraqvayla qarşılaşacaq. Lunyovdan başqa, komandaya daha üç qapıçı - Aleksandr Maksimenko, Matvey Safonov və Yuri Lodıgin çağırılıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun