İdman

Qurban Qurbanovu “Qalatasaray”, “Fənərbağça”ya istəyirlər... - FOTOlar

8 Mart 2024 17:40
Baxış: 9 933
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın Avropa Liqasında inamlı çıxışı kluba olan diqqəti birə-beş artırıb.

Portuqaliya "Braqa"sını sıradan çıxarmasından sonra, 34 oyundur məğlubiyyət üzü görməyən "Bayer"i ilk hissədə 2:0 hesabı ilə məğlub etməsi, Almaniya təmsilçisinin yenilgidən son anda qurtulması Qurban Qurbanovun komandasını bir daha ön plana çıxarıb.

Bu mənada bır sıra nəşrlər "Qarabağ"ın möcüzəvi çıxışına yer ayırıb, o cümlədən ölkə xaricindən Ağdam klubu ilə bağlı sosial şəbəkələrdə kifayət qədər paylaşımlar edilib.

Bu paylaşımlarda Qurban Qurbanovun əməyi də yüksək qiymətləndirilib. Sosial şəbəkələrin Türkiyə seqmentində Qurbanovun İstanbul nəhənglərini çalışdırmaq potensialına sahib olduğu da vurğulanıb. Azarkeşlər təcrübəli mütəxəssisi "Qalatasaray", "Fənərbağça"ya istəyiblər.

Bundan başqa, son çempionun hücumçusu Juninyo da diqqətdənkənar qalmayıb. Onun tezliklə yaxşı qiymətə transfer ediləcəyi ehtimal edilib.

Milli.Az qafqazinfo-ya istinadən "Qarabağ"la bu məqamda o paylaşımlardan bəzilərini təqdim edir:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.