İdman

Azarkeşlər Mbappeyə görə mitinq keçirdilər - FOTO

5 Mart 2024 17:44
Baxış: 850
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ azarkeşləri Parisdə mitinq keçirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, buna səbəb komandanın hücumçusu Kilian Mbappe olub. Fransa nəhənginin fanatları dinc nümayiş zamanı komanın doğma stadionu olan "Park de Prins"in qarşısında üzərində "Kilian Mbappe: gec deyil, 30 iyun!" sözləri yazılmış pankart açıblar.

Onlar Mbappenin azad agent kimi "Real"a mümkün transferi ilə bağlı son xəbərlərdən narazılıqlarını bildiriblər. Fanatların fikrincə, Mbappe və PSJ yeni müqavilə ilə bağlı fikirləşməlidirlər.

Qeyd edək ki, PSJ ilə futbolçu arasında mövcud müqavilənin müddəti 2024-cü il iyunun 30-da baş çatacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.