İdman

Qurban Qurbanov: Oyuna tam istədiyimiz kimi nəzarət edə bilmədik

3 Mart 2024 22:25
Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox istəkli komandaya qarşı oynadıq. Bəlkə də tam istədiyimiz kimi matça nəzarət edə bilmədik. Futbolçuları təbrik edirəm. Azarkeşlər üçün də yaxşı görüş oldu. Stadionda yaxşı ab-hava var idi.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 4:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXV turunun oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis iki qolu son dəqiqələrdə əks-hücumlardan vurduqlarını xatırladıb: "Rəqibjn itirəcəyi bir şeyi olmadığı üçün son dəqiqələrdə irəli atılmışdı. Çempionatda xal fərqi 23 olsa da, futbolçu ritmdən düşməli deyil. Hansısa oyunçunun praktikasının azalmasını da istəmərəm. Potensiallı gənclərə növbəti qarşılaşmalarda şans verə bilərəm".

Təcrübəli baş məşqçi rəqib azarkeşlərə təşəkkür edib və "Neftçi"yə hər zaman hörmətinin olduğunu söyləyib.

Qurbanov növbəti matçlara da daha ciddi şəkildə hazırlaşacaqlarını sözlərinə əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.