İdman

Corcinadan Parisdə Ronaldoya möhtəşəm jest - FOTO

2 Mart 2024 13:49
Baxış: 841
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez Paris Moda Həftəsində yeni Vetements kolleksiyasının nümayişi zamanı sevgilisinə jest edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 30 yaşlı argentinalı model podiuma futbol geyiminə bənzər qırmızı libasda çıxıb. Paltarın ön tərəfində 7 rəqəmi, Ronaldonun adı və avtoqrafı yer alıb.

Corcinanın bu jesti böyük maraq yaradıb. Buna səbəb paltarın qırmızı rəngdə olmasıdır. Portuqaliyalı superulduzun qırmızı formayla çıxış etdiyi yeganə komanda "Mançester Yunayted"dir. Ronaldo 2003-2009 və 2021-2022-ci illərdə bu komandada çıxış edib. Son olaraq isə oradan qalmaqallı şəkildə ayrılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.