"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev istefa verib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.
2015-ci ilin iyunundan "Qəbələ"nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada çalışıb.
2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib.
Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. "Qəbələ" 2022-2023-cü illər mövsümündə Baxşıyevlə Azərbaycan kubokunun qalibi olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun