İdman

“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib - YENİLƏNİB - VİDEO - FOTOlar

23 Fevral 2024 00:32
Baxış: 5 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

-------

00:32

"Qarabağ" tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib.

Milli.Az xəbər verir ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubunu üstələyərək, bunu reallaşdırıb.

Səfərdə 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionundakı cavab qarşılaşmasında 2:3 hesabı ilə uduzsa da, mərhələni adlamağı bacarıb.

Birinci hissədə qapılara qol vurulmayıb. 57-ci dəqiqədə "Qarabağ" meydançada azlıqda qalıb. Müdafiəçi Elvin Cəfərquliyev qırmızı vərəqə alıb. Say üstünlüyündən istifadə edən qonaqlar 70-ci dəqiqədə hesabı açıblar. Rocer Fernandes yaxın məsafədən çərçivəni dəqiq nişan alıb. "Braqa" 83-cü dəqiqədə ikinci qolu vurub. Bu dəfə Alvaro Calo fərqlənib.

Portuqaliyalılar 90 dəqiqəni 2:0 hesabı ilə öndə tamamlayıblar. Ümumi hesab 4:4 olduğundan, əlavə 30 dəqiqə oynanılıb.
102-ci dəqiqədə Mateus Silva fərqlənərək, "Qarabağ"ı ümumi hesabda önə keçirib. Lakin 115-ci dəqiqədə Simon Banza penaltini dəqiq yerinə yetirərək, görüşdə hesabı komandasının xeyrinə 3:1-ə çatdırıb.

Ancaq təslim olmayan Azərbaycan çempionu 120+2-ci dəqiqədə növbəti mərhələni gətirən qolu vurub. Nəriman Axundzadə qapıçı ilə təkbətək şansı əldən verməyib. Nəticədə təmsilçimiz 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda 6:5 qalib gəlib.

Beləliklə, "Qarabağ" Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klub olub. Bu mərhələnin oyunları martın 7-də və 14-də keçiriləcək.

-------

00:27

Nəriman matçın 122-ci dəqiqəsində "Qarabağ"ın ikinci qolunu vurdu: 2-3.

-------

00:22

"Qarabağ" - "Braqa" matçında 5-ci qol vurulub.

-------

00:15

"Qarabağ" - "Braqa" matçında 4-cü qol vurulub.

-------

23:59

"Qarabağ"la Portuqaliyanın "Braqa" klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üçüncü qol vurulub.

Milli.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada bu dəfə meydan sahibləri fərqləniblər.

102-ci dəqiqədə Mateuş Silva vurduğu qolla hesabı 1:2 edib. Ümumi hesabda isə "Qarabağ" 5:4 önə keçib.

-------

23:46

"Qarabağ"la Portuqaliyanın "Braqa" klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda 90 dəqiqə başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada qonaq komanda əsas vaxtı 2:0 hesabı ilə öndə tamamlayıb.

İlk görüşdə "Qarabağ" 4:2 hesablı qələbə qazandığından, ümumi hesab bərabərləşib - 4:4. Bu səbəbdən oyunda 30 dəqiqəlik əlavə vaxt oynanılacaq.

-------

22:49

"Qarabağ"la Portuqaliyanın "Braqa" klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda fasilə başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə ikinci hissə başlayıb.

İlk yarıdan sonra hesab açılmayıb - 0:0.

-------

22:40

"Qarabağ"la Portuqaliyanın "Braqa" klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə komandalar fasiləyə yollanıblar.

Birinci hissədən sonra hesab açılmayıb - 0:0.

-------

21:45

"Qarabağ" - "Braqa" matçı başladı.

-------

20:56

Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok oyununu keçirəcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Ağdam klubu Avropa Liqasının pley-off mərhələsinin cavab matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri Bakıda "Braqa"nı qəbul edəcək. Portuqaliyada 4:2 hesablı qələbə qazanan "Qarabağ" 1/8 finala adlamaq üçün üstünlüyünü qorumalıdır. Tarixi şansdan yararlanmağa çalışacaq ağdamlılar bunu bacarsa, avrokuboklarda 16 güclüsü sırasına düşən ilk Azərbaycan klubu olacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkü sabah atılacaq. Pley-offun qalibi olan 8 komanda qrup mərhələsində 1-ci yeri tutanlarla qarşılaşacaq.

Avropa Liqası
Pley-off, cavab oyunu
22 fevral
21:45. "Qarabağ" - "Braqa"
Baş hakim: 
Georgi Kabakov (Bolqarıstan)
"Qarabağ": 99. Andrey Lunyov, 29. Marko Vesoviç, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Ağabala Ramazanov, 2. Mateus Silva, 5. Maksim Medvedev, 81. Kevin Medina, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 65. Patrik Andrade, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 15. Paulo Oliveyra, 4. Sikou Niakate, 26. Kristian Borxa, 28. Joao Moutinyo, 22. Pizzi, 16. Rodriqo Zalazar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 11. Roje Fernandeş,

Ehtiyat oyunçular: 12. Tiaqo Sa, 91. Lukas Horniçek, 5. Serdar Saatçi, Joze 6. Fonte, 10. Şer Ndur, 17. Yosafat Mendes, 7. Bruma, 20. Roni Lopes, 18. Vitor Karvalyo, 55. Cissumba, 59. Yan Said, 90. Cibril Sumare, 14. Alvaro Calo

Baş məşqçi: Artur Jorje
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 4:2

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.