İdman

PSJ-də Mbappeni kim əvəzləyəcək? - NAMİZƏDLƏR

18 Fevral 2024 07:23
Baxış: 941
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ klubu cari mövsümün sonunda komandadan ayrılması gözlənilən Kilian Mbappenin əvəzedicisi üçün axtarışlara başlayıb.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Paris təmsilçisinin namizəd siyahısında bir çox ulduz yer alıb.

Oyunçular arasında "İnter"dən Lautaro Martines, "Milan"dan Rafael Leao və "Napoli"dən Viktor Osimhen var. Bu barədə "Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Mançester Yunayted"in hücumçusu Markus Reşford da potensial əvəzedicilər listindədir.

Bundan əlavə, klub Mbappenin gedişindən sonra komandada yaranacaq boşluğu Bruno Quimayres və Bernardo Silva ilə doldurmaq istəyir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.