Portuqaliyalı baş məşqçi Joze Mourinyo etiraf edib ki, bu ilki Çempionlar Liqasında "Real" qalib olmasını arzulayır.
"Real" Çempionlar Liqasını yenidən qazanmasını istərdim.
O cümlədən Karlo Ançelotti üçün. "Bavariya"nın, PSJ-nin bunu edə biləcəyini bilmirəm" Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə Mourinyo söyləyib.
Xatırladaq ki, bu ilin yanvarında İtaliyanın "Roma" klubu Joze Mourinyonu komandanın baş məşqçisi postundan uzaqlaşdırdığını açıqlayıb. Portuqaliyalı 2021-ci ildən İtaliya klubuna rəhbərlik edirdi.
Mourinyo bundan əvvəl "Tottenhem", "Mançester Yunayted", "Çelsi", "Real", "İnter", "Portu", "Leyriya" və "Benfika"nı da çalışdırıb. Qeyd edək ki, Çempionlar Liqasının 2023/2024 mövsümünün 1/8 final mərhələsinin ilk oyununda "Real" "Leypsiq"ə 1:0 hesabı ilə qalib gəlib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun