İdman

“Qarabağ”ın 3 futbolçusu Avropa Liqasının rəmzi komandasında - FOTO

16 Fevral 2024 16:35
Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının rəmzi komandası açıqlanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "11-liy"i "Sofascore" tərtib edib.

Portuqaliyada "Braqa"nı 4:2 hesabı ilə məğlub edən Azərbaycan çempionu "Qarabağ"ın üç futbolçusu rəmzi komandaya düşüb. Qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Abdulla Zubir, Marko Yankoviç "11-lik"də yer alıb.

Qapıçı: Andrey Lunyov ("Qarabağ");

Müdafiəçilər: Teo Ernendes ("Milan"), Kevin Danso ("Lans"), Qonsalo İnasio ("Sportinq");

Yarımmüdafiəçilər: Abdullah Zubir, Marko Yankoviç (hər ikisi "Qarabağ"), Dris Mertens ("Qalatasaray"), Anxel di Mariya, Orkun Kökçü (hər ikisi "Benfika"), Ruben Loftus-Çik ("Milan");

Hücumçu: Mauro İkardi ("Qalatasaray").

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.