İdman

"Barselona" əsas müdafiəçisi ilə yollarını ayırır

10 Fevral 2024 20:30
Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın və Fransa millisinin müdafiəçisi Jül Kunde gələn yay klubunun qeydiyyatını dəyişə bilər. Bu barədə jurnalist Ferran Martinez sosial şəbəkədə məlumat verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, jurnalistin sözlərinə görə, Kunde onun üçün maraqlı təklif olarsa, Kataloniya komandasının düşərgəsini tərk edə bilər. Qeyd olunur ki, "blauqrana" maliyyə feyr-pley qaydaları ilə bağlı problemlərə görə fransızı satmağı düşünür.

Daha əvvəl mətbuatda "Barselona"nın yayda hollandiyalı yarımmüdafiəçi Frenkie de Yonqla yollarını ayıra biləcəyi barədə məlumatlar yayılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.