İdman

Əmisi oğlunu bıçaqlayan futbolçu ilə bağlı SON QƏRAR

7 Fevral 2024 17:22
Baxış: 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskva "Spartak"ının hücumçusu Kuinsi Promes bıçaqladığı əmisi oğluna təzminat ödəyəcək. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Amsterdam Apellyasiya Məhkəməsi qərar verib. 

Promesin əmisi oğluna ödəyəcəyi məbləğ hələlik müəyyən edilməyib. Lakin zərər çəkənin vəkili Yehudi Moşkoviç böyük məbləğdə pul tələb edəcəklərin bildirib. 

Vurğulanır ki, Promes ona qarşı irəli sürülən bütün ittihamları rədd etdiyi üçün futbolçunun məhkəmə qərarını yerinə yetirməsi və pul təzminatı ödəməsi çətin görünür. 

Ötən ilin iyun ayında isə Promes haqqında 18 aylıq həbs qərarı verilmişdi. Lakin futbolçu buna görə apellyasiya şikayəti vermişdi. Nəticədə proses maliyyələşdirilib. 

Xatırladaq ki, iddiaya görə, Promes 2020-ci ildə baş tutan şənlik zamanı əmisi oğlunu bıçaqlayıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.