İdman

16 yaşlı futbolçudan REKORD

25 Yanvar 2024 22:34
Baxış: 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın 16 yaşlı hücumçusu Yamal İspaniya Kral Kubokunda rekorda imza atıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Kataloniya klubunun 16 yaşlı vingeri Kral Kubokunun 1/4 finalında "Atletik"ə qol vuraraq, 21-ci əsrdə bu turnirdə qol vurmuş ən gənc oyunçu ünvanına sahib çıxıb.

"Atletik"lə görüşdə start heyətində meydana çıxan Lamin matçın 32-ci dəqiqəsində fərqlənib. Bu göstəricidə rekord Xuanmi Ximenezdə idi. O, 2010-cu ildə 16 yaş 238 günlüyündə Kral Kubokunun 1/8 finalında "Xetafe" forması ilə "Malaqa"ya qol vurub. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.