İdman

PSJ Mbappeyə görə "Real"dan qisas alacaq - BU ÜSULLA

20 Yanvar 2024 15:20
Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Paris Sen-Jermen komandası hücumçu Kilian Mbappenin "Real"a getmək ehtimalı ilə razılaşıb və liderinin gedişinə görə ispan klubundan intiqamı necə alacağını açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "Realmadrid Exclusivo" məlumat yayıb. Qeyd olunub ki, parislilər dünyanın ən istedadlı mərkəz müdafiəçilərindən və "Real Madrid"in radarında olan futbolçunu klubun düşərgəsinə cəlb etmək istəyirlər. Söhbət "Lill"də çıxış edən 18 yaşlı fransız Leni Yorodan gedir.

PSJ Yoronu klubun gələcəyini formalaşdırmaqda vacib fiqur kimi görür və onu cari transfer pəncərəsində əldə etmək üçün hər şeyə hazırdır. Mətbuatda yayılan xəbərlərə görə, fransız "Real Madrid"ə keçməyə çox yaxındır, lakin parislilər vəziyyəti dəyişmək istəyirlər.

Bu mövsüm Yoro "Lill"in heyətində bütün yarışlarda 23 oyun keçirib və 3 qol vurub. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 25 milyon avrodur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.