"Araz-Naxçıvan" millinin sabiq yarımmüdafiəçisi Rəhim Sadıxovun xidmətində maraqlıdır.
Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisi onu sıralarına qatmaq məqsədilə "Zirə"yə müraciət edib.
Son vaxtlar "qartallar"ın əsas heyətindəki mövqeyini itirən orta sahə oyunçusunu icarəyə götürmək istəyirlər.
Qəsəbə təmsilçisi isə onunla yollarını birdəfəlik ayırmaq niyyətindədir. Zirəlilər bunun üçün 30 min dollar təzminat tələb edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun