İdman

PSJ futbolçusunu “Beşiktaş”a göndərir?

9 Yanvar 2024 08:07
Baxış: 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Roma"da bir illik icarə əsasında çıxış edən PSJ-nin yarımmüdafiəçisi Renato Sançes "Beşiktaş"da çıxış edə bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Adrien Grenier X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Mənbənin məlumatına görə, PSJ rəhbərliyi portuqaliyalını az oyun keçirdiyi İtaliya klubundan icarədən geri çağırıb, yeni komandaya göndərmək niyyətindədir. 26 yaşlı yarımmüdafiəçi ilə "Beşiktaş" maraqlanır.

Bu mövsüm Sançes "Roma"nın heyətində bütün yarışlarda 9 oyun keçirib və bir qol vurub. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.