İdman

Fernando Diniz vəzifəsindən azad edildi

6 Yanvar 2024 10:58
Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fernando Diniz Braziliyanın futbol üzrə milli komandasının baş məşqçisi vəzifəsindən azad edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Braziliya Futbol Konfederasiyasının rəhbəri Ednaldo Rodriges müvafiq qərarını "Fluminense"nin prezidenti Mario Bittenkura çatdırıb.

Diniz yığmanın və Braziliya klubunun baş məşqçisi vəzifələrini  daşıyırdı.

Qeyd edək ki, Dinizin 49 yaşı var və 2023-cü ilin iyulunda birillik müqavilə ilə bu vəzifəyə təyin olunmuşdu. 2023-cü ildə onun rəhbərliyi altında "Fluminense" Libertadores Kubokunu qazanıb və Klublararası Dünya Çempionatının finalına yüksəlib.

Dinizlə birlikdə Braziliya millisi altı oyun keçirib, bunların ikisində qələbə qazanıb, bir dəfə heç-heçə edib, üçündə isə məğlubiyyətlə üzləşib. 2026-cı il dünya çempionatının seçmə mərhələsində Braziliya altı turdan sonra yeddi xalla altıncı yerdədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.