İdman

"Qarabağ"la 1+1 illik müqavilə bağlayıb, biz istəsək, qalacaq”

4 Yanvar 2024 13:00
Baxış: 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun müddət zədədən əziyyət çəkən, bu səbəbdən Almaniya karyerasını boşa verən Andrey Lunyov "Qarabağ"da yenidən böyük futbola qayıtdı desək, yəqin ki, bu, şişirdilmiş fikir sayılmaz.

Digər tərəfdən Lunyovun gəlişi ilə "Qarabağ" da qapıçı problemini həll etmiş oldu.

Lakin "Qarabağ"lı azarkeşləri narahat edən məqam var. Belə ki, mövsümün sonunda rusiyalı qapıçının müqaviləsi bitəcək.

Lunyov Rusiya mətbuatına açıqlama verərkən də, yeni təkliflərə açıq olduğunu deyib.

Bu məsələ ilə bağlı "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərovla əlaqə saxladıq.

Milli.Az xəbər verir ki, sportal.az-a açıqlama verən "Qarabağ" rəsmisi narahatçılığa əsas olmadığını dedi:

"Andrey Lunyovun "Qarabağ"la müqaviləsi 1+1 illik bağlanıb. Biz istəsək, Lunyov qalacaq.

Yəni müqavilənin müvafiq bəndinə görə daha 1 il anlaşması aktivləşəcək".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.