İdman

Hədələdi: Sifətini dağıdacağam - VİDEO

4 Yanvar 2024 13:26
Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağır çəkidə WBC kəmərinin sahibi Tayson Fyuri (34-0-1, 24 KO) qaçış məşqindən sonra qısa bir video paylaşaraq WBA, WBO, IBO və IBF çempionu Aleksandr Usikə (21-0, 14 KO) mesaj göndərib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Tayson Usiki hədələyərək onu nokauta göndərməyi səbirsizliklə gözlədiyini bildirib.

"Lənət olsun. Morkamedə böyük qaçış günü. İrəli! Bu asan idi. Dovşan Usikin üzünü dağıdacağam. Faydasız bir axmaq", - Fyuri deyib.

Daha əvvəl Usik Fyurinin onu niyə "dovşan" adlandırdığını açıqlamışdı.

Usik-Fyuri döyüşü fevralın 17-də Səudiyyə Ərəbistanında keçiriləcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.