Keçmiş SSRİ ölkələrindən olan və hazırda karyerasını davam etdirən 10 ən bahalı futbolçu müəyyənləşib.
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, siyahının birinci pilləsində "Napoli"nin və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya tutur.
"Transfermarkt" ona 80 milyon avro qiymət qoyub.
İkinci yerdə "Arsenal"ın və Ukrayna millisinin yarımmüdafiəçisi Aleksandr Zinçenko qərarlaşıb. Onun hazırkı dəyəri 42 milyon avrodur.
İlk "üçlüy"ü "Çelsi"də forma geyinən Ukrayna millisinin üzvü Mixail Mudrik qapayır. "Transfermarkt" onun bazar dəyərini 40 milyon avro müəyyənləşdirib.
Siyahıda 4-5-ci yerləri "Valensiya"da çıxış edən Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili və "Monako"nun uğurları üçün çalışan Rusiya millisinin futbolçusu Aleksandr Qolovin qərarlaşıb. Onların transfer qiyməti 30 milyon avrodur.
Ən bahalılar siyahısında 6-7-ci yerləri ukraynalılar - "Everton"un üzvü Vitali Mykolenko və "Jirona"nın hücumçusu Artem Dovbik (28 milyon avro), 8-ci yeri "Bornmut"un ukraynalı müdafiəçisi İlya Zabarnı (25 milyon avro), 9-cu yeri "Benfika"dan çıxış edən Ukrayna millisinin qapıçısı Anatoli Trubin (25 milyon avro), 10-cu yeri "Jirona"da çıxış edən başqa bir ukraynalı - Viktor Tsqankov (25 milyon avro) tutur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun