İdman

Fatih Terimin tarixi kluba təyinatı rezonans yaratdı

27 Dekabr 2023 15:04
Baxış: 859
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyəli məşqçi Fatih Terimin "Panatinaikos"la anlaşması Yunanıstanda böyük əks-səda yaradıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Yunanıstan mediası qərarın məntiqli olmadığını, lakin Fatih Terimin nüfuzlu məşqçi olduğunu bildiriblər. "Panatinaikos"un 34 xalla liqada ikinci olduğuna diqqət çəkən yerli media yazır ki, klub çempion olsa Fatih Terimin türk olduğuna əhəmiyyət verilməyəcək.

"Rəhbərliyin qərarı məntiqli deyil, amma Terim böyük məşqçidir. Hər məşqçi kimi, o da komandada gördüyü işlərlə qiymətləndiriləcək. Çempion olsa, hər şey unudulacaq. Qalib olmasa, ilə damğa vurdu deyəcəyik." - yerli mediada yazıb.

Qeyd edək ki, "Panatinaikos" baş məşqçi postuna Fatih Terimin təyin edildiyini bəyan edib. Klubdan verilən açıqlamada "Xoş gəldin İmperator Fatih Terim" sözləri işlədilib. Fatih Terim isə klubun sosial mediadakı paylaşımına "Salam Panathinaikos" deyə münasibət bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.