İdman

Ronaldo ilk 100-lüyə daxil edilmədi

20 Dekabr 2023 10:37
Baxış: 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Norveç millisinin və "Mançester Siti"nin hücumçusu Erlinq Haaland "FourFourTwo"nun versiyasına görə 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nəticə jurnalın saytında təqdim olunub.

Belə ki, Böyük Britaniya jurnalı dünyanın ən yaxşı 100 futbolçusunun siyahısını hazırlayıb. 

Reytinqdə ikinci yeri Cud Bellinqem ("Real"), üçüncü yeri Harri Keyn ("Bavariya"), dördüncü Kilian Mbappe (PSJ), beşinci Rodri ("Mançester Siti"), altıncı yeri Lionel Messi ("İnter Mayami") tutub. Yeddinci - Bernardo Silva ("Mançester Siti"), səkkizinci - Məhəmməd Salah ("Liverpul"), doqquzuncu - Antuan Qrizmann ("Atletiko Madrid"), onuncu - Vinisius Junior ("Real Madrid") olub.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ilk 100-lüyə daxil edilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.