İdman

"Niyə yenidən növbəti mərhələyə yüksəlməyi xəyal etməyək?" - Julio Romao

16 Dekabr 2023 19:23
Baxış: 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çıxışımızdan razıyam. Çox güclü qrupumuz var idi və bunun asan olmayacağını bilirdik. Qrupumuzda Almaniyanın çox məşhur komandası olan "Bayer" Leverkuzen var idi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın braziliyalı futbolçusu Julio Romao ölkəsiin "Tntsports" nəşrinə açıqlamasında deyib.

"Pley-offa çıxmaq  üçün çox iş gördük. Bu, böyük xoşbəxtlik və müvəffəqiyyət hissi üçün bir səbəbdir. Ancaq işimiz burada bitmir. Növbəti mərhələyə yaxşı hazırlaşmaq üçün qarşıdakı oyunlara diqqət etməliyik"- deyə o bildirib.

Futbolçu 1/16 final mərhələsində  Portuqaliya klublarından biri ilə qarşılaşmaq istədiyini vurğulayıb: "Çünki "Qarabağ"a keçməmişdən əvvəl bu ölkədə çıxış edirdim. Bu, əla olardı. İki mövsüm "Santa-Klara"da oynadım. Amma hansı komanda ilə düşməyimizdən asılıq olmayaraq, hazır olmalıyıq. Çox çalışmalı və performansımızın aşağı düşəməsinə imkan verməməliyik. yaxşı matçlar oynamaq istəyirik. Niyə yenidən növbəti mərhələyə yüksəlməyi xəyal etməyək?".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.