İdman

Madrid nəhəngi "yeni Varan" tapdı

17 Dekabr 2023 02:45
Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lill"in mərkəz müdafiəçisi Leni Yoro karyerasını İspaniyada davam etdirə bilər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, informasiyanı "Madrid Zone" yayıb.

Mənbənin məlumatına görə, noyabrda 18 yaşını qeyd edən futbolçuya iddialılar arasında "Real Madrid" də var. "Kral klubu" Yoronun Rafael Varanın yolu ilə getməyə qadir olduğuna inanır - o da Fransadan köçərək gənc yaşda "Real"ın sıralarına qoşulub.

"Lill" futbolçunu saxlamaq niyyətindədir, ona görə də onun üçün ən azı 50 milyon avro tələb edəcəklər. PSJ də perspektivli mərkəz müdafiəçisi ilə müqavilə bağlamaqda maraqlıdır.

Leni Yoro bu mövsüm "Liqa 1"-də 19 matça çıxaraq 3 qol vurub. "Transfermarkt" fransız futbolçunun dəyərini 18 milyon avro qiymətləndirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.