İdman

Azərbaycan futbolunda görünməmiş hadisə - Dodaq uçuran məbləğ ödənildi!

15 Dekabr 2023 18:58
Baxış: 1 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

I Liqanın 11-ci turu "Difai"nin tarixinə keçdi.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, çempionatda ilk mövsümünü keçirən "fədailər" qələbə arzusunu Şamaxıda reallaşdırdı.

Elgiz Kərəmlinin çalışdırdığı komanda "Karvan"la qarşılaşmadan 1:0 hesablı qalibiyyətlə ayrıldı. Qarabağ qazilərinin təmsilçisi bu 3 xal sayəsində turnir cədvəlinin son pilləsini tərk etdi.

Klub rəhbərliyi çempionluğa iddialı rəqib üzərində əldə olunan uğur münasibətilə kollektivi böyük miqdarda mükafatlandırıb. 30 min manat ödənilib.

Bu, rekord rəqəm və görünməmiş haldır. Hələ birinci liqa tarixində belə mükafat olmayıb.

Yevlax təmsilçisi ilə qarşılaşmadan öncə oyunçulara 10 min manat mükafat vəd edilib. Fasilədə məbləğ 20 min manata qaldırılıb.

Final fitindən sonra isə komanda üzvləri funksionerlərdən "mümkünsə, mükafat 30 min olsun" xahişi edib. Düşərgədəki ab-havanı nəzərə alan rəsmilər onların sözünü yerə salmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.