İdman

Azərbaycan “Qarabağ”ın sayəsində Rusiyanı geridə qoydu

15 Dekabr 2023 11:26
Baxış: 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda qələbə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin Bakıda İsveçin "Hakken" klubuna 2:1 hesabı ilə qalib gəlməsi ölkə reytinqinə daha 0,500 əmsal əlavə edib.

Komandanın pley-offa adlaması daha 0,500 əmsalın qazanılmasına səbəb olub. Nəticədə ölkənin cari mövsümdəki əmsalı 4,875-ə çatıb. Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,125-dir. Bununla Azərbaycan UEFA reytinqində Rusiyanı geridə qoyaraq, 28-ci pilləyə yüksəlib.

Baş tutan qarşılaşmalar Danimarka, Yunanıstan, Macarıstan, Bolqarıstan, Sloveniya, Bosniya və Herseqovinanın irəliləməsinə, Norveç, Serbiya, İsveç, Slovakiya, Rusiya, Moldova və Lixtenşteynin geriləməsinə səbəb olub.

Reytinqə 100,553 əmsalla İngiltərə başçılıq edir. İspaniya (86,114) ikinci, İtaliya (83.284) isə üçüncü pillədə qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.