İdman

Premyer Liqa: "Zirə" öz meydanında büdrədi

9 Dekabr 2023 19:41
Baxış: 591
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Premyer Liqasında XVI tur davam edir.

Milli.Az report-a istinadən xəbər verir ki, günün ikinci görüşü Zirə İdman Kompleksinin stadionunda keçirilib.

İkinci pillədə qərarlaşan "Zirə" mövsümün sürpriz komandası "Araz-Naxçıvan"ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0. Bu nəticədən sonra "Zirə" xallarının sayını 29-a, "Araz-Naxçıvan" isə 23-ə yüksəldib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı (6:1), "Kəpəz" "Qəbələ"ni (3:0) səfərdə məğlub edib. "Sabah" - "Səbail" və "Neftçi" - "Turan Tovuz" görüşləri dekabrın 10-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.