İdman

Tural Həsənlinin vəziyyəti yenidən pisləşdi - FOTO

9 Dekabr 2023 10:36
Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün öncə əməliyyat olunan Azərbaycan millisinin və "Xarı Bülbül" (Şuşa) klubunun voleybolçusu Tural Həsənlinin vəziyyəti pisləşib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ziya Rəcəbov sosial şəbəkə hesabında yazıb.

O, voleybolçunun qanaxma səbəbilə yenidən əməliyyat edildiyi bildirib.

Z.Rəcəbov Turalın təcili qana (3+) ehtiyacı olduğunu, kömək edəcək şəxslərin Qan Bankına yaxınlaşmalarının vacibliyini qeyd edib.

Qeyd edək ki, 33 yaşlı oyunçunun "Panatinaikos"a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.