İdman

İngiltərə klubu 89 illik rekordu təkrarladı

7 Dekabr 2023 12:21
Baxış: 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə klubu "Brayton" ölkə çempionatında 89 illik rekordu təkrarlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, komanda bir mövsüm ərzində ardıcıl 15 oyunda həm qol vurmaqla, həm də buraxmaqla buna nail olub.

İngiltərədə bunu sonuncu dəfə 1934/1935 mövsümündə "Vulverhempton" bacarmışdı. Eyni göstəricini 89 ildən sonra "Brayton" təkrarlayıb.

Qeyd edək ki, "Brayton" İngiltərə Premyer Liqasında 15 turdan sonra 25 xalla 8-ci pillədə qərarlaşıb. Roberto De Zerbinin kollektivi bu qarşılaşmalarda 32 qol vurub, 27-ni buraxıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.