İdman

"Qalatasaray" - "Mançester Yunayted" oyununda 6 qol

29 Noyabr 2023 23:50
Baxış: 1 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Okan Burukun baş məşqçisi olduğu komanda İngiltərənin "Mançester Yunayted" komandasını qəbul edib. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra xallarının sayını 5-ə çatdıran İstanbul təmsilçisi ikinci pilləyə yüksəlib, qonaqlar isə 4 xalla sonuncudur.

A qrupun digər görüşündə "Bavariya" Almaniyada "Kopenhagen"i qəbul edəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.