İdman

MMA döyüşçüsü rəqibin qulağını qopardı

25 Noyabr 2023 20:21
Baxış: 1 041
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarışıq üslubda (MMA) braziliyalı döyüşçü Vinisius Kruz Sankt-Peterburqda keçirilən "Absolute Championship Akhmat" turnirində Qırğızıstan təmsilçisi Edil Esenqulovla döyüşdə zədələnib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Esenqulov dördüncü raundda braziliyalının başına dirsəklə zərbə vurub. Bundan sonra Kruzun qulağının bir hissəsi qopub. Hakim döyüşü dayandırıb və Esenqulovun texniki nokautla qələbəsini qeydə alıb.

Təşkilatçıların sözlərinə görə, zərərçəkənə dərhal tibbi yardım göstərilib. Onun səhhəti üçün təhlükə yoxdur.

Qələbə sayəsində Esenqulov yarım ağır çəki dərəcəsində promosyonun Qran Prisinin yarımfinalına yüksəlib. O, bu mərhələdə rusiyalı Abubakar Vaqaevlə görüşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.