İdman

"Real"da Alonso səsləri - Müqavilənin detalları üzə çıxdı

15 Noyabr 2023 15:23
Baxış: 1 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Bundesliqasında uğurlu oyun nümayiş etdirən "Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso "Real Madrid"ə transfer ola bilər.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Xabi Alonso "Bayer Leverkuzen"lə bağlı müqaviləsinə "Real Madrid"lə bağlı xüsusi bənd əlavə edib. Bəndin detalları ilə bağlı məlumat olmasa da, iddialara görə, bu bənd Alonsonun "Real"a transferini asanlaşdırmaq üçündür. İddia edilir ki, "Real" Xabi Alonso istəsə onun sərbəst qala biləcək. Xabi Alonsonun rəhbərliyi altında mövsümün iki məğlubiyyətsiz komandasından biri olan "Bayer Leverkuzen" 31 xalla liderdir.

Qeyd edək ki, məşqçilik karyerasına "Real Madrid" akademiyasında başlayan Xabi Alonso "Real"ın baş məşqçi postuna iki real namizəddən biridir. Digərinin Joze Mourinyo olduğu irəli sürülür. "Real"ın baş məşqçisi Karlo Ançelottinin mövsümün sonunda Braziliya millisinə keçəcəyi irəli sürülür.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.