İdman

“Qarabağ”ın rəqibi “Qalatasaray”a keçəcək?

15 Noyabr 2023 13:37
Baxış: 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qalatasaray" heyətini "Molde"nin futbolçusu ilə gücləndirmək istəyir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, istanbullular yarımmüdafiəçi Emil Breyviki transfer etmək niyyətindədir.

Futbolçunun meneceri Cim Solbakken Türkiyədə səfərdədir. O, qardaş ölkə mediasına müsahibəsində konkret hansı komanda ilə danışıqlar getdiyini gizlədib.

Norveçli futbolçu ilə "Trabzonspor"un da maraqlandığı iddia olunur.

Qeyd edək ki, Avropa Liqasında "Molde"nin "Qarabağ"a qarşı səfər oyununda Emil Breyvik 90 dəqiqə meydanda olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.