İdman

Cüdoçumuzdan qızıl medal

11 Noyabr 2023 18:28
Baxış: 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən Açıq Okeaniya turnirində qızıl medal qazanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı mübarizəyə 1/8 finaldan başlayıb.

İlk qarşılaşmada braziliyalı Asis Qustavaya qalib gələn M. Fətiyev növbəti görüşlərdə belçikalı Sami Kouc və Böyük Britaniya təmsilçisi Camal Petqravı üstələyərək adını finala yazdırıb.

Həlledici qarşılaşmada estoniyalı Kalyulayd Klen Kristoferi məğlub edən cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadın cüdoçulardan ibarət Azərbaycan millisinin üzvü Aydan Vəliyeva (52 kiloqram) isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, yarışda 64 ölkədən 299 idmançı qüvvəsini sınayıb.

Milli.Az 

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.