İdman

Qadın məşqçi kişi futbol komandasını çalışdıracaq

9 Noyabr 2023 18:27
Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadınlardan ibarət Ukrayna millisinin sabiq futbolçu İya Andruşçak "Vorskla"nın kişilərdən ibarət U-19 komandasının baş məşqçisi təyin olunub. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna klubunun saytı məlumat yayıb. Tərəflər altı ay müddətinə razılığa gəliblər. Ukraynalı UEFA-nın A kateqoriyalı məşqçilik lisenziyasına malikdir. 

Andruşçak Sankt-Peterburqda anadan olub. 2012-2016-cı illərdə Rusiyada "Kubanoçka" (2012-2013) və "Zvezda 2005" (2013-2016) klublarında oynayıb. İya iki dəfə Rusiya çempionatının və üç dəfə ölkə kubokunun qalibi olub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.